Azərbaycan taekvondoçuları Avropa birinciliyində 3 medal qazanıb

İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb.

XALQ.AZ xəbər verir ki, Azərbaycan millisi ilk yarış gününü 3 mükafatla başa vurub.

Komandanın heyətində Zemfira Həsənzadə (29 kq) və Pünhan Mürsəlov (41 kq) gümüş medala sahib olub. Şamil Mirzəyev (33 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, yarış oktyabrın 3-də bitəcək.