Sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda artıq polis postları quraşdırılıb.
XALQ.AZ məlumat verir ki, bu gündən tətbiq edilən karantin rejiminin qaydalarının pozulmamasına görə polis əməkdaşları xidmət aparırlar. Ölkənin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Cəlilabad, Yevlax şəhərlərində və Abşeron rayonunda artıq küçəyə icazəsiz çıxmaq qadağan olunub. XALQ.AZ xəbər verir ki, paytaxtda və bölgələrdə polis və hərbi qulluqçular vətəndaşları belə yoxlayır.
Fotolar Aydın Oqtayoğlu
XALQ.AZ