Azərbaycan Ordusunun Qarabağ cəbhəsində keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğal altında olan Xankəndidə həmçinin digər rayon və kəndlərdə də təşviş yaranıb.
XALQ.AZ sosial şəbəkələrə yayılan məlumata görə, Xankəndidə həyəcan siqnalı verilib. Hərbçilər xidmət yerlərini tərk edərək küçələrə çıxıblar.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı işğal altındakı 7 kənd və bır sıra hərbi strateji yüksəkliklər, həmçinin Murovdağ və Ermənistanla Dağlıq Qarabağı birləşdirən yol düşmən işğalından azad olunub. Azərbaycan Ordusunun uğurları ilə bağlı təmas xəttindən nisbətən uzaq yerləşən yaşayış məntəqələri, o cümlədən Xankəndi şəhərində yaşayan ermənilər və hərbçilər kütləvi şəkildə tərk edir.
Dünən Ermənisatnın baş naziri Paşinyan mətbuata açıqlamasında bildrimişdir ki, vəziyyət gərgindir və biz Qarabağda yaşayan erməniləri Yerevana köçməsini planlaşdırırıq. Bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatlar görə artıq rəsmi dairələr gizli şəkildə əhalini və hərbçiləri Qarabağdan çıxarılması başlanılıb.
Məlumata görə, hərbçilər döyüşməkdən imtina edir və Ermənistandakı səfirliklərdən ölkəni tərk etmək üçün viza tələb edirlər.
XALQ.AZ