Beylaqanda icra başçısının işdən çıxarılması üçün imza toplanılır
Xalq.az-a Vaqif Abdullayevlə bağlı ciddi məlumatlar daxil olub. Beylaqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin işdən çixarılması ilə bağlı rayon əhalisi Prezident Ilham Əliyevə müraciət hazırlayırlar. İcra başçısından rayon sakinləri kütləvi şəkildə narazılıq bildirir. Redaksiyamıza daxil olan məlumatlarda, Beylaqan rayonundan olan bir qrup sakin, sahibkarlar və fermerlər, rayonun icra başçısı Vaqif Abdullayevin əməllərindən Prezident Administrasiyasına müraciət hazırlayırlar. Bu barədə Xalq.az-a Beylaqan rayonundan olan bir qrup sahibkar məlumat verib, məlumatda da, qeyd olunur ki, Vaqif Abdullayev işdən çıxarılması üçün imzaların toplanılması kampaniyasına Beylaqanda fəaliyyət göstərən sahibkarlar həyata keçirir . Məlumatda bildirilir ki, Beylaqan rayonunda dözülməz vəziyyət yaranıb, sahibkarların fəaliyyətinə müdaxilə halları baş verir. Kampaniya başladanlar vurğulayırlır ki, icra başçısı Vaqif Abdullayev rayonda fəaliyyət göstərən sahibkarlara və fermerlərə vergidən əlavə rusumlar tətbiq edib. Rayonda vəziyyət dözülməzdir,bu şəkildə davam edə bilməz. İmza toplayıb Prezidentə müraciət göndərəcəyik ki, Vaqif Abdullayevi əvəzləsin. Məlumatda bildirilir ki, artıq yetərli imza topanılıb.