Milli Məclisin deputatlarının bir qrupu koronavirusa qarşı peyvənd olunub.
XALQ.AZ-ın məlumatına görə, peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir. Koronavirusu keçirmiş deputatlarda isə anticisimlər olduğu üçün peyvənd olunmaları hələki tövsiyə olunmayıb.
Deputatların peyvəd olunması prosesi davam edir. Qeyd edək ki, deputatların peyvənd olunması könüllü əsasla aparılır.
Vaksinasiya olunan deputatların XALQ.AZ fotolarını təqdim edir
Milli Məclisin sədr müavini Adil Əliyev
Milli Məclisin deputatı Nagif Həmzəyev
Milli Məclisin deputatı Vüqar İskəndərov
Milli Məclisin deputatı Razi Nurullayev
Milli Məclisin deputatı İqbal Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov