Saat 17 radələrində Fizuli rayonu ərazisinsə başlayan güclü külək bir neçə tikilinin dam örtüyünü atıb.
Bu informasiyanı rayonun Kürdmahmudlu kəndinin sakinləri yayıb.
XALQ.AZ-ın məlumatına görə, əsən güclü külək bir neçə ağacı kökündən çıxarıb. Külək rayonun elektrik təsərrüfatına da ciddi ziyan vurub. Təmas xəttində yerləşən Alxanlı kəndinin sakinləri kəndə gələn elektrik naqillərinin qırıldığını deyir .
Hazırda kəndə elektrik enerjisinin verilməsi dayandırılıb. Fizuli rayon icra hakimiyyətindən verilən məlumata görə, küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbir görülür.