Kolumbun gəmisinin qalıqları tapıldı

Kolumb

Bir qrup amerikan alimi Haiti sahillərində Xristofor Kolumbun gəmisinin qalıqlarını tapıb.

XALQ.AZ-ın məlumatına görə, “Santa Mariya” gəmisinin qalıqları Karib dənizinin dibində aşkarlanıb.

Alimlər 2003-cü ildə ərazinin fotoqrafik tədqiqatını aparıblar. Həmçinin Kolumbun gündəliyini izləyiblər ki, bu da axtarış ərazisini xeyli daraldıb. Alimlər həmçinin gəminin, göyərtə toplarının xarici görünüşünü müqayisə ediblər. “Hazırda qalıqların müfəssəl arxeoloji qazıntısı üçün Haiti hökuməti ilə əməkdaşlıq qalır”, – deyə amerikalı tədqiqatçı Barri Klifford bildirib.

Qeyd edək ki, Xristofor Kolumb “Santa Mariya” ilə 1492-ci ildə Amerikanı kəşf edib. Gəminin uzunluğu 21-25 metr olub və 40 nəfər adam tutub. Gəmi 1492-ci il dekabrın 25-də qayalara dəyərək dağılıb.