Türkiyə Rusiyaya yeni səfir təyin edib.
Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Bildirilir ki, yeni səfir Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç olub.
Bilgiç 2011-2014-cü illərdə Sankt-Peterburqda baş konsul, 2014-2016-cı illərdə isə Xarici İşlər Nazirliyinin informasiya və mətbuat üzrə baş direktorun müavini vəzifələrində çalışıb.
2016-2021-ci illərdə Belqradda səfir olub.