“AZPRODUCT” MMC məhkəməlik olub.
Sözgedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. Hazırlanmış protokol Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilib.
Bildirək ki, nizamanmə kapitalı 2 milyon 610 min 334 manat olan “AZPRODUCT” MMC-nin qanuni təmsilçisi ORUC MƏMMƏDOV RƏFAİL OĞLUdur.
Qeyd edək ki. “AzProduct” MMC əsasən konserv istehsalı və satışı ilə məşğul olan qida şirkətlərindən biridir. Sirkətinin sahibi tanınmış Şamxal Məmmədovdur. O balıqçılıq sahəsində tanınmış iş adamıdır.