“Şəxsi zəmində mübarizələri naminə gənc insanları da ətrafına toplamaqdan çəkinmirlər” – Deputat

“Əslində, mən düşünürəm ki, dövlətin idarəçilliyində hər zaman müxtəlif fikirlilik olmalıdır. Müəyyən qisim mütləq müxalif düşünməlidir ki, lakin bu düşüncələr xalqa və dövlətimizə mütləq ki, faydalı olmalıdır”. Bu sözləri  deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün bəzi qüvvələr özünü müxalif adlandırsa da, onların çoxunun mübarizəsi şəxsi zəmindədir: “Təssüf ki, bu mübarizədə xalqa, dövlətimizin təhlükəsizliyinə mənfi yöndə təsir edir. Hətta öz şəxsi zəmində mübarizələri naminə gənc insanları da ətrafına toplamaqdan, onlardan istifadə etməkdən çəkinmirlər.

İllər öncəyə baxsaq özünə ən qatı müxalif deyən şəxslər bu gün dövlətimizin siyasi kursun ən güclü dəstəkçisidir. Halbuki, öncələri həmin şəxslər ölkə daxilində güclü münaqişələr yaratmağa çalışırdılar.

Dövlətimiz xalqımızın sanitliyini qorumaq üçün həm daxildəki həm də xaricdəki qüvvələrlə mübarizə aparır. Təssüf ki, Qarabağ Zəfəri çoxlarını məyus etdi, indi mübarizə üsullarını dəyişmək yönündə fəaliyyətə keçiblər. Amma yenə də xalq özü hər şeyi yaxşı görür, bilir və qiymətləndirir. O səbəbdən dövlətimizə qarşı olan bütün fəaliyyətlər hər zamanki kimi heç bir təsirə malik olmayacaqdır. Müxalifətin mübarizəsi xalqa idarəçilliyə və dövlətimizə faydalı olmalıdır, şəxsi maraqlara deyil”.