FIFA dünya çempionatı kubokunun sabah Azərbaycana gətiriləcəyi və bununla əlaqədar olaraq saat 11:00-da 1998-ci ilin futbol üzrə dünya çempionu Kristyan Karanbönün mətbuat konfransı keçiriləcəyini xəbər vermişdik.
XALQ.AZ oxu.az-a istinadən xəbər verir ki, kubokun Bakıda şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsinin vaxtı bəlli olub.
Kuboku futbol azarkeşləri “Gənclik Mall” ticarət mərkəzində, saat 13:00-dan 19:00-dək yaxından görmək imkanı əldə edəcək.