İlham Əliyevdən sərəncam

Ilham-4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilməsilə bağlı sərəncam imzalayıb.

XALQ.AZ bildirir ki, sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Ağayev Arif Eyyub oğlu
Ələkbərov Adışirin Balaşirin oğlu
Əsədov Məmməd Yəhya oğlu
Həsənov Vəli Şamil oğlu
Kəngərli Bahadır Asif oğlu
Qafarlı Adil Rzaqulı oğlu.