Əməkdar artistin ayağı çürüyür

Aktyor

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov əlil oldu.

Aktyorun verdiyi məlumata görə, o, artıq II qrup əlildir: “Ayağımdakı çürümə (qanqrena) məni əlil etdi. Əhalinin Əmək və Sosial Müdafiə Nazirliyi mənə əlillik dərəcəsi verdi. Artıq II qrup əliləm.”

XALQ.AZ xəbər verir ki, Rəhman Rəhmanov ayağındakı çürümənin sağalma ehtimalıının olmadığını deyir: “Şəkər xəstəliyim üzündən ayağımdakı çürümə sağalmaq bilmir. İllərdi müalicə olunsam da bir təsiri olmadı. Bu yaxınlarda cərrahi əməliyyat da olundum. Bu əməliyyatdan sonra da bir irəliləyiş yoxdur. Şəkər imkan vermir çürümə dayansın. Hətta həkim dedi ki bu ayaq kəsilməlidir. Qoymadım… Görək nə vaxta qədər belə davam edəcək”.

Allah şəfa versin!