Naftalan şəhərində xeyli miqdarda silah-sursat tapılıb.
Bu barədə Xalq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Naftalan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən 2 ədəd “AK” markalı silah, 1 ədəd pulemyot, 1 qumbara, 613 ədəd müxtəlif çaplı patron və 2 patron darağı aşkar olunub.