Tünzalə Ağayeva təqdimat etdi

 

85

Əməkdar artist Tünzalə Ağayeva bu gün media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, müğənni gənc ifaçı Suğra Əsgərli ilə duet oxuduğu “Qovuş ona” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

T.Ağayeva şou-biznesə yeni qədəm qoyan Suğradan bəhs edərək, onun istedadlı olduğunu vurğulayıb:

“Suğranın şou-biznesə qatılmaq iddiası yoxdur. Çox istedadlıdır. Klip Türkiyədə – Taksim meydanında, Sultan Əhməddə çəkilib. Ekran işində geyindiyim libasların müəllifi Gülnarə Xəlilovadır. Klip və mahnı hər kəsi ayrı dünyaya aparacaq”.

T.Ağayeva Suğra ilə işbirliklərinin bu duetlə yekunlaşmadığını, gələcəkdə də böyük layihələr edəcəklərini deyib.

Qeyd edək ki, “Qovuş ona” adlı bəstənin sözləri Suğra Əsgərliyə, musiqisi Tünzalə Ağayevaya məxsusdur. Klipin rejissoru Tailan Gülər, operatoru Murad Bayraqoğludur.