Paytaxtda daha bir yeraltı piyada keçidi tikilir.
XALQ.AZ-ın məlumatına görə, Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin oktyabr ayında başa çatdırılması planlaşdırılır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, keçidin uzunluğu 90, eni 4,7, hündürlüyü isə 3 metrdir.
Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri aparılır.