Dənizdə batan 5 nəfər xilas edildi

Deniz

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər dənizdə, “Hövsan” sularda xilasetmə postundan, təxminən, 500 m məsafədə, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib.

XALQ.AZ-ın məlumatına görə, batan şəxs FHN-nin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Xəzər rayonunda da 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib.

Dəvəçi rayonunda 1 nəfər dənizdə, “Dəvəçi” sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib. O, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib.

Suraxanı rayonunda da 1 nəfər dənizdə, “Hövsan” sularda xilasetmə postundan, təxminən 800 m məsafədə, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib. Bu vətəndaş da FHN-nin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.