Təyyarə qəzasında 1 nəfər sağ qaldı

teyyare

Polşada içərisində paraşütçülər olan idman təyyarəsi qəzaya uğrayıb.

XALQ.AZ-ın məlumatına görə, Çenstoxova yaşayış məntəqəsinin yanında baş vermiş qəza zamanı təyyarənin göyərtəsində 12 nəfər olub. Onlardan 11 nəfər həlak olub və 1 nəfər xəstəxanaya aparılıb. Xəstənin huşu yerinə gəlib.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.