Xaçmazda “Kamaz” yandı

Kamaz

Xaçmaz rayonunda “Kamaz” yanıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə rayon mərkəzindən 13 km aralıda yerləşən Niyazoba kəndində baş verib.

Belə ki, vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinin təkərləri və kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.