Arzu Əliyeva valideynlərinin fotosunu paylaşıb

Ilham-Mehriban

Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva “İnstagram” səhifəsində valideynlərinin şəkilini paylaşıb.

XALQ.AZ-ın məlumatına görə, foto Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin və və onun xanımı Mehriban Əliyevanın gənclik illərini əhatə edir.

1 gün əvvəl paylaşılan şəkil 2600 nəfər tərəfindən “like” olunub.

Qeyd edək ki, İlham Əliyev və Mehriban Əliyeva 1983-cü ildə ailə həyatı qurub. Onların Leyla, Arzu və Heydər adlı üç övladı, Mikayıl, Əli və Aydın adında 3 nəvəsi var.

Ilham-Mehriban