Nazir Astarada vətəndaşları qəbul edəcək

 

6

Ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 12-də Astarada vətəndaşları qəbul edəcək. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran regional ədliyyə şöbəsi, Ədliyyə Nazirliyi vasitəsilə, eləcə də Astara rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək olar.(apa)