“Baku Steel Company”də partlayış baş verib.
XALQ.AZ DİN-in saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri – Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.