Aşıq Zülfiyyənin ailəsində xoş xəbər var.
XALQ.AZ-ın məlumatına görə, bir neçə gün öncə sənətçinin övladı Babəkin qız toyu baş tutub. Belə ki, Aşıq Zülfiyyə oğlunu öz dayısı nəvəsi Xuraman xanımla evləndirib.
Oğlan toyu oktyabrın 2-də paytaxt restoranlarından birində keçiriləcək.
Allah xoşbəxt etsin!