Bakıda musiqiçinin maşınını təpikləyərək tanınmaz hala saldılar

Mugenni

Bakıda naməlum şəxslər musiqiçinin şəxsi avtomobilini təpikləyərək yarasız vəziyyətə salıblar. ANS PRESS-in məlumatına görə, 32 yaşlı Qaya Niyazov maşınını restoranın yaxınlığında saxlayaraq toy yerinə yollanıb. Bəylə gəlin Koroğlu Rəhimov 53 ünvanında yerləşən restorana gələndən sonra isə onun da işi sona çatıb və Qaya maşınına minərək getmək istəyib. Bu zaman o “Mersedes” markalı maşınının tanınmaz vəziyyətə düşdüyünün şahidi olub.

Qaya Niyazov deyir ki, maşının üzərində iki müxtəlif ayaq izləri olub. Bu isə onu deməyə əsas verir ki, nəqliyyat vasitəsini təpikləyən iki nəfər olub. Zərərçəkən hadisədən sonra Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinə məlumat verib. Bölməyə dəvət olunan Niyazovun izahatı alınıb.

Bölmədən bildirdilər ki, hazırda Qaya Niyazovun maşınına ziyan vuran şəxlərin axtarışları davam etdirilir.

Hadisə yerində olan müşahidə kamerasındakı görüntülər də izlənəndən sonra maşının kimlər tərəfindən bu hala salındığını müəyyən etmək mümkün olacaq.