Sentyabrın 29-da Azərbaycanda daha bir zəlzələ baş verib.
XALQ.AZ-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 20:35-də Qəbələdən 19 kilometr şimal-şərqdə qeydə alınıb.
Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 baldan artıq gücdə hiss olunub.
Tikililərdə dağıntının olmadığı bildirilir.