Ölkənin aparıcı siyasətçisi restoranda güllələndi

Gulle

Meksikada məşhur siayətçini restoranda səhər yeməyini yeyərkən güllələyiblər.

XALQ.AZ-ın məlumatına görə, Milli Fəaliyyət partiyasının baş katibi Saraqosa Maqanda Akapulko otelinə məxsus restoranda səhər yeməyi yediyi zaman silahlı hücuma məruz qalıb.

Bir qrup silahlı şəxs restorana girərək avtomatlarla siyasətçini güllələyiblər. Silahlı şəxslər hadisə yerindən qaçıblar. Siyasətçinin oldürüldüyü Qerrero ştatı kriminal zona hesab olunur.

Meksika Baş prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Milli Fəaliyyət partiyası ölkənin aparıcı qüvvələrindən biri hesab olunur.