Millət vəkili parlamentdə təkliflə çıxış etdi

08

 

I qrup əlil tələbələr təhsil haqqından azad olunmalıdır

Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva I qrup əlil olan və ali məkktəbə daxil olan tələblərin ödəniş haqqından azad olunmasını təklif edib. SİA-nın məlumatına görə, millət vəkili çıxışında tələbə adını qazanmış I qrup əlillərin təhsil haqqını ödəməkdə çətinlik çəkdiklərini deyib.

Onun sözlərinə görə, mövcud çətinliklə bağlı ali məktəb rəhbərlərinə müraciət etdikdə, rektorlar bildirirlər ki, məsələyə dair qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir.