Şirkətin əməkdaşları seçkilərdə aktiv iştirak edəcəklərini bildirirlər
Məlum olduğu kimi, oktyabrın 9-u Azərbaycanda Prezident Seçkiləri günüdür. Seçkilərdə əhalinin YAP-ın namizədi İlham Əliyevə səs verəcəyi ilə şübhəsizdir. Bunun əyani misallarından biri kimi, Xalq.az-ın ötən gün «Azbanvit» şirkətində çalışanlar arasında apardığı araşdırma da təsdiq edir. Belə ki, keçirilən konfrasda Elnur Əsgərov çıxış edərək Ulu öndərimizin layıqli davamçısı İlham Əliyevin 10 il ərzində fəaliyyətindən danışaraq Vətənimiz üçün gördüyü işləri vurğulamışdır. Qeyd edək ki, «Azbanvit» şirkəti Azərbaycanda ət,toyuq və toyuq məhsullarının istehsalı və satışını təşkil edən şirkət qısa müddətdə ölkəmizdə böyük uğurlara imza atıb.İstehsal etdiyi məhsullar 100% Azərbaycan məhsuludur.Xalq.az-ın çəkiliş qrupunun işçilər arasında apardığı araşdırmalar nəticəsində məlum olub ki, xüsusən də gənclər qarşıdan gələn seçkilərə ciddi şəkildə hazırlaşırlar. Onlar bildirirlər ki, oktyabrın 9-u seçki məntəqələrinə gedərək, Azərbaycanın gələcəyinə- İlham Əliyevə səs verəcəklər. Əksər işçilər isə bildiriblər ki, onlar ailəliklə seçkilərə qatılıb, İlham Əliyevin yenidən Prezident seçilməsini dəstəkləyəcəklər.
Əsgərov Elnur; Gördüyünüz kimi müəssisəmiz dünya standartlarına cavab verərək,100% Azərbaycan məhsulu istehsal edir. Azbanvit ailəsi olaraq seçkilərdə səs verəcəyimiz namizəd İlham Əliyevdir.Belə ki, səbəbləri saymaqla bitməz. Mən inanıram ki, gələcəkdə İlham Əliyev vətənimizin qüdrətlənməsi üçün öz əlindən gələni əsirgəməyəcək. İlham Əliyevə səs verərək övladlarımızın yüksək təhsili,sağlam vətənpərvər yetişməsi təmin edirik.
Səfərli Emzari; Bizim seçimimiz İlham Əliyevdir! O Azərbaycanı qüdrətli bir ölkəyə çevirdi, Ölkələr Azərbaycanla regionda böyük lahiyələr həyat keçirirlər. Müxtəlif Beynəlxalq tədbirlərin məkanı paytaxtımız Bakıdır. Bu İlham Əliyevin strategiyasıdır.
Əliyev Elxan; Azərbaycanı daha da firavan görmək istəyirik bu niyyətlə 9 oktyabrda seçkilərdə İlham Əliyevə səs verəcəyəm.
Əhmədov Xəqani; İlham Əliyevin yürütdüyü siyasət vətənimizin qüdrətlənməsinə hesablanıb, mən namizədlər arasında İlham Əliyevə alternativ görmürüm.
Hacıyev Tural; İlham Əliyev vətənimizi regionda lider bir ölkəyə çevirib. Mən İlhamla İrəli deyirəm.
Qəhrəmanova Vəfa. Milli şuranın üzvlərini görmüşük hakimiyyətdə olan zaman Azərbaycan üçürüma doğru gedirdi. Bizi Heydər Əliyev xilas etdi. Biz ailəlikçə İlham Əliyevə səs verəcəyik.
Qəhrəmanava Sara; İlham Əliyev hər bir vətəndaşın qayğısına qalır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hər kəsin sevimlisi olan Prezidentimizə səs verəcəyik.
Hüseynov Mahir; Hər kəsə məlumdur ki,ölkənin bir lideri var İlham Əliyev.
Həsənov Tahir. Son zamanlar yeni iş yerlərinin açılması biz gənclər üçün irəlləyişdir. Gördüyünüz kimi müasir standartlara cavab verən müəssədə çalısıram. Bu İlham Əliyevin məqsədyönlü siyasətin nəticədir. İlham Əliyev seçkilərdə qalib gələcək.
Əliyev Vuqar; Biz prezidentimiz dəstəkləyirik inanırıq ki, gələckdə daha geniş layihələr həyat keçirərək Azərbaycanın qüdrətini artıracaq.
Qarayev Vuqar; Mən öz seçimimi etmişəm,İlham Əliyev ölkə başçısı kimi gördüyü işlər təqdiralayiqdir.