Lənkəranda 4 min ailəyə bayram sovqatı paylanmışdır

 

99

Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da mərhəmət və saflıq rəmzi olan Qurban bayramı böyük sevinclə qeyd edilmişdir.Xalq.az  xəbər verir ki, rayonun bütün məscidlərində bayram namazı qılınmış, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların ruhuna dualar oxunmuş, Uca Yaradanın adına qurbanlar kəsilmişdir.Bayram günü rayon icra hakimiyyətinin təşəbbüsü ilə şəhər, qəsəbə və ərazi icra nümayəndəliklərində 4 min ailəyə bayram sovqatı paylanmışdır.