AA seriyalı BMW piyadını vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

XALQ.AZ xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.

Saat 07:00 radələrində şəhər istiqamətində hərəkətdə olan 10-AA-659 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili yolu keçmək 1974-cü il təvəllüdlü Məzahir Əliyevi vurub. Piyada hadisə yerində keçinib.Faktla bağlı araşdırma aparılır.