“AAAF İnşaat” mülk sahibini evindən çıxarır

Sentyabrın 1-də Abşeron rayon Məhkəməsində hakim Məlahət Abbasovanın sədrliyi ilə keçirilən prosesdə “AAAF İnşaat” MMC-nin iddiasına baxılıb.  Şirkət Cəfərov Artur Cəfər oğlunun mənzildən çıxarılması tələbini irəli sürüb. Bununla bağlı müqavilənin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırıb. Görünür ki, mənzil sahibi ödənişləri yerinə yetirə bilməyib. Lakin heç bir halda tikinti firması vətəndaşı mülkiyyətindən məhrum etməməlidir. Bu məsələdə tərəflər konsensus əldə etməli, müəyyən güzəşt tətbiq edilməli və ödənişlərin yeni cədvəli tərtib olunmalıdır. Lakin Tofiq Heydərovun rəhbəri olduğu “AAAF İnşaat” mülk sahibini evindən çıxarmaq üçün məhkəmə davası açıb.