AB iki ölkəni məhkəməyə verdi

Avropa Komissiyası Macarıstan və Polşaya qarşı “LGBT hüquqlarını pozduqlarına görə” Avropa Məhkəməsində iddia qaldırıb.

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, bu ölkələrin qəbul etdiyi qanunlar LGBT icması üzvlərinin hüquqlarını məhdudlaşdırır.

Qeyd edək ki, Macarıstan 2021-ci ildə yetkinlik yaşına çatmayanlara LGBT təbliğatı hesab etdiyi məzmuna girişi qadağan edən qanuna görə, Polşa isə 2020-ci ildən qondarma LGBT “ideologiyası” ilə mübarizəyə yönəlmiş tədbirlərinə görə məhkəməyə verilib.

 

axar.az