ABB yeni gənc kartla müştəriləri aldadır – Şikayət

“Azərbaycan Beynəlxalq Bankı” yalan reklamla müştəri cəlb etməyə çalışırlar. Bu barədə yazacam ki, siz də mənim kimi “düzgün olmayan bank davranışının” qurbanı olmayasız.

Azərbaycan Neynəlxalq bankının yeni fırıldağı barədə vətəndaş Tural Qaragözov yazıb. O bildirib ki, ABB yeni gənc kartla müştəriləri aldadır:

“Azərbaycan Beynəlxalq Bankı yeni gənc kart reklam edirlər ki, pulsuz köçürmə mümkündür, keşbek qalığa faiz və sair. Ancaq özləri digər banklardan gələn vəsaitlərdən komissiya tuturlar. Amma bu barədə heç bir yerdə yazmayıblar. Bu kartı mən qırıb atacam”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından bu tip şikayətlər kifayət qədərdir. Dəfələrlə məhkəmələrə verilən, ay ərzində 200-ə yaxın məhkəməsi olan bank peşəkarlıq gözləmir, mövcud problemləri də aradan qaldırmağa çalışmır. Elə qarşıdakı 30-gündə ABB-nın 134 məhkəmə çəkişməsi var.