Abbasın Xudayarla “Vətən yaxşıdır” dueti-Video

Əməkdar artist Abbas Bağırov yeni ifası ilə diqqət çəkib XALQ.AZ-ın məlumatına görə, müğənni son günlər şəhid Xudayar Yusifzadənin ifasında məşhurlaşan “Vətən yaxşıdır” mahnısını səsləndirib. O, mahnını şəhidlə virtual duet şəklində hazırlayıb.

Xatırladaq ki, mahnının musiqisi Əlibaba Məmmədov, sözləri Əliağa Vahidə aiddir.

Xalq artisti Əlibaba Məmmədov bir müddət əvvəl açıqlama verərək mahnının adının dəyişdirilərək “Xudayar təsnifi” olduğunu deyib.

XALQ.AZ