Abdin Fərzəliyevin qara kassası Nurlan Həsənov kimdir?

Abdin Fərzəliyev Abşerona icra başçısı təyin olunanda rayon sakinlərinin ümüdü çox böyük idi.İnsanlar fikirləşirlərdi ki, Abdin Fərzəliyev rüşvətin, korrupsiyanın qarşısını birbaşa alacaq. Amma təəssüf olsun ki,özbaşınalıq olacağı təbii ki, real görünür – mütləq və təkzibolunmazdır ki, bu şəbəkənin arxasında daha böyük fiqurlar var və onlar ölkə qanunlarına hörmətsizlik hesabına varlanmaqdadırlar. İlk günlər Abşeron icra hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin müəyyən vaxta qədər dayandırılmasını tikintilərin təftişi ilə əlaqəli olduğu bildirilirdi. Amma məlumatlardan belə anlaşılır ki, İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımı dayanırmış. Məlumata görə artıq Abşeron rayonunda tikinti işləri bərpa olunub. Qeyd edilir ki, Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib.

Qiymətlər qalxdı, Nurlan Həsənov iş başına keçdi

Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir. Bildirək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra
Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir. Abşeron rayonunda torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ona görə ev tikmək qanunla qadağandır. Amma məlumatlara görə, Abşeronun icra başçısının nümayəndələri həmin torpağın üstündə tikinti aparmaq üçün rüşvət alırlar. Bu prosesdə Fərzəliyevin “sağ əli” onun müavini, həmçinin “qara kassası” sayılan Nurlan Həsənov rəhbərlik edir.

Şahlar Həsənovun Masazır missiyası

Abşeron rayonunun Masazır qəsəbəsi son beş ildə ən çox qanunsuz yaşayış evləri və obeyktləri tikilən ərazilərdən biridir. Keçmiş icra başçısı İradə Gülməmmədovanın vaxtında qəsəbədə tikinti bumu demək olar ki, özünün ən pik nöqtəsinə çatmışdı. Hazırda tikinti matreallarının bahalaşması və alıcılıq qabiliyyətinin düşməsi səbəbindən Masazırda tikinti sahəsində azalma müşahidə olunur. Buna baxmayaraq, yenə də qəsəbənin müxtəlif ərazilərində dayanmadan tikinti işləri davam etdirilir. Hazırda Abşeron rayonunun müxtəlif yerlərində, həmçinin Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir. Bu qanunsuz tikililirən başında isə rayon İcra Hakimiyyəti və onun yerlərdəki icra nümyəndələri dayanır. Abdin Fərzəliyev Abşeron icra başçısı təyin edildikdən sonra rayonun qəsəbələrindəki bir çox ərazi icra nümayəndəsi dəyişdirilsə də, Masazır icra nümayəndəsi
Şahlar Həsənov hələ də öz işini davam etdirir. Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda belə sənədsiz evlərin tikintisinin açıq şəkildə davam etdirməsi ilə bağlı məlumata görə, bu tikililər qəsəbədə ev alqı-satqısı biznesi ilə məşğul olan maklerlər tərəfindən həyata keçirilir. Sənədsiz evlərin tikintisinə qəsəbə icra nümayəndəsi Şahlar Həsənovun nəzarət etdiyini və ev biznesi ilə məşğul olan maklerlərlə İcra Hakimiyyəti arasında “icazə məsələsini” Şahlar Həsənovun həyata keçirdiyini bildirmişdik.

Gölü qurudub torpağı satırlar…

Bu günlərdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən zibilli göl deyilən ərazinin doldurularaq yerində sənədsiz evlərin tikilməsi ilə bağlı oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, tikinti işlərini Elçin, Xəyal və Səyyab adlı maklerlər həyata keçirir. Ərazidəki gölü müxtəlif zibil vasitələri ilə dolduran maklerlər, tikinti üçün heç bir icazə sənədlərinin olmamasına baxmayaraq, tikinti işlərini rahat şəkildə davam etdirirlər. Əldə etdiyimiz məlumata görə göl adlanan ərazidə tikilən yüzlərlə həyət evinin tikintisinə “icazə” Abşeron rayon İcra Hakimiyyətindən verilib. Tikinti həyata keçirən maklerlərin hər ev üçün İcra Hakimiyyətinə sahə və hündürlüyündən asılı olaraq 2500-4000 manat arası vəsait ödədiyi bildirilir. Bununla bağlı məlumata görə, ərazidə tikilən yüzlərlə evlərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xəbəri yoxdur. Yəni tikinti işləri Abşeron rayon icra Hakimiyyətinin “icazəsi” ilə gizli həhata keçirilir. Məlum anlaşma isə Masazır icra nümayəndəsi Şahlar Həsənovla əldə edilib ki, o da bu icazəni Nurlan Həsənovla məsləhətləşib.