“Abırsız, satqın, yalançı…” – Deputat Paşinyana səsləndi

“​​​​​Ermənistan tarixində ən laqeyd, abırsız və satqın biri yenidən yalan danışır”.

XALQ.AZ xəbər verir ki,  bunu “Çiçəklənən Ermənistan” partiyası fraksiyasının deputatı Naira Zoqrabyan özünün feysbukdakı səhifəsində ölkənin baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq yazıb.

Наира Зограбян: Меня поражает цинизм Пашиняна - Minval.az

O, bildirib ki, Paşinyan noyabrın 9-da imzalanmış kapitulyasiya aktını ermənilərin gündəmindən çıxarmaq üçün Moskva səfəri ətrafında müzakirələr açır: “Əsir və itkinlərin valideynlərini aldadır ki, onların övladlarının qayıdışı üçün başqa bir xain sənəd imzalayacaq”.

Naira Zoqrabyan iddia edib ki, əsirlərin və itkin düşənlərin valideynlərinin ağrı-acısı sonradan xain missiyanın icra edilməsi üçün istifadə olunacaq