ABŞ-da partlayış: yüzlərlə insan təxliyyə edilib

Partlayis

ABŞ-ın Vaşinqton ştatında qaz emalı zavodunda güclü partlayış baş verib.

Xalq.az-ın məlumatına görə, partlayış Plimut şəhəri yaxınlığında “Williams – Northwest Pipeline” qaz emalı zavodunda olub. İlkin ehtimala görə, zavodda sistern partlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. 4 nəfərin xəsarət aldığı, yüzlərlə insanın təxliyyə edildiyi bildirilir. Hazırda xilasedicilər zavod işçiləri, yaxınlıqda yaşayan sakinləri və məktəbliləri təxliyyə edirlər.

Sakinlərin bildirdiyinə görə, partlayış 5 km radiusda hiss olunub. Hadisə ilə bağlı hələlik əlavə məlumat verilmir.