ABŞ-da prezident seçkiləri keçirilir

Çərşənbə axşamı (bu gün) ABŞ-da 59-cu ümumi seçkilər keçiriləcək.

XALQ.AZ  xəbər verir ki, Prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər.

Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.  

Qeyd edək ki, seçilmiş prezidentin inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.