ABŞ Azərbaycana yeni səfiri göndərir

26
Ağ Ev ABŞ-ın Azərbaycandakı növbəti səfiri postuna namizədinin adını açıqlayıb.

APA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obama Azərbaycana yeni səfir kimi Robert Cekutanın namizədliyini irəli sürüb.

 

Robert Cekuta Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu katibinin müşaviri vəzifəsində çalışır. O, müxtəlif illərdə ABŞ-ın Kabil, Berlin və Tokioda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində müxtəlif postlarda çalışıb. R.Cekutanın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.

 

Qeyd edək ki, 2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Riçard Morninqstarın səlahiyyət müddəti bu yay başa çatır.