ABŞ səfirinin iqamətgahında iftar süfrəsi açıldı

Amerka

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Görüşə Azərbaycanın içtimai-siyasi xadimləri, o cümlədən mediya rəhbərləri də dəvət olunmuşdu. Həmçinin müsəlman din xadimləri ilə yanaşı digər dini icmaların nümayəndələri də iftar süfrəsi başında toplaşmışdılar. Səlahiyyət müddəti sona çatan səfir Riçard Morninqstar iftar süfrəsinə təşrif buyuranlara, həmçinin Azərbaycan xalqına Ramazan ayında uğurlar arzulayıb.

“Ramazan ayınızı tərbik edirəm. Bu il yenidən iftar süfrəsini təşkil etmək bizim üçün böyük şərəfdir. Ramazan bayramı bütün müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən bir dönəmdir. Bu sevgi, sədaqət ayıdır. Möhtəşəm bayramdır. Bu, eyni zamanda, bizə Azərbaycanın digər dinlərə necə hörmət etdiyini xatırladır. Bu gün bizim üçün xoş bir gündür. İnsanlara iftar süfrəsi verməkdən məmnunluq duyuruq”.