ABŞ təyyarələri İraqda Həccə gedənləri vurub: Ölənlər var

Hecc

Həcc ziyarətinə gedənlər hücuma məruz qalıb. Ölən və yaralananlar var.

İraqda Həccə yollanan zəvvarlar, ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar.
XALQ.AZ  xəbər verir ki, bu barədə məlumatı ilahiyatçı Elşad Miri özünün facebook səhifəsində paylaşıb. O, “İslam.ru” saytına istinadən yazıb ki, “aviozərbələr nəticəsində bir neçə qadın və uşaq həlak olub. Həlak olan qadınlardan biri hamilə olub. Məlumata görə, bombardman nəticəsində həlak olanlar İraqda dəfn olunub”.
Sayt yazır ki, hadisə zəvvarlar namaz qılmaq üçün avtobusdan endiyi vaxt baş verib. Onlar ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar. Aviozərbələr nəticəsində həlak olanların birinin Dağıstan vətəndaşı olduğu deyilir