Abşeron dairəvi dəmir yolu bayramda işləyəcək – Cədvəl

Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müəyyənləşib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən XALQ.AZ-a verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırılır ki, qatarların aşağıda verilmiş keçiddəki hərəkət qrafiki məhz bayram günləri üçün nəzərdə tutulub. Cədvəl martın 20-dən 28-dək (martın 28-i də daxil olmaqla) qüvvədə olacaq. Qatarların həmin tarixdən sonrakı hərəkət cədvəli barədə əlavə məlumat veriləcək.

Qatarların hərəkət qrafiki və tariflərlə daha ətraflı aşağıdakı linkdəki cədvəllərdə tanış olmaq mümkündür: https://ady.az/az/news/read/1726/43