Abşeron rayonunda silah tapılıb

Tapanca-2

Abşeron rayonu ərazisində silah tapılıb.

XALQ.AZ-ın Abşeron rayon polis şöbəsinin verdiyi məlumata istinadən Bakı-Sumqayıt yolunun rayon ərazisindən keçən hissəsinin yaxınlığındakı boş əraziyə sellofan bağlamada iki ədəd odlu silah atılıb. Dərhal hadisə yerinə yollanan şöbə əməkdaşları məlumatın dəqiqliyini yoxlayıblar.

Sözügedən ərazidə axtarış aparan polislər məlumat verən şəxsi də cəlb ediblər. Silahların atıldığı yer müəyyən edilərək sellofan bağlamaya baxış keçirilib.

Məlum olub ki, əraziyə atılan silahlar “Naqan” tipli tapança və “AK” markalı avtomatdır. Lakin nə hadisə yerindən, nə də sellofan bağlamadan tapança və odlu silaha aid heç bir parton tapılmayıb.

Şahid Əhliman Gözəlov deyir ki, maşınla keçirdim, gördüm atıblar, baxdım gördüm silahdır, sonra da polisə zəng etdim.

Tapılan silahlar rayon polis şöbəsinə aparılıb. Onların döyüşə yararlılığı və hansısa, cinayətdə istifadə olunub-olunmamasını müəyyən etmək üçün hər iki odlu silah kriminalistik ekspertizaya göndəriləcək.