Abşeronda əhali təxliyyə edildi

Yandi

Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın binanın I mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabellərinda başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.