Access Bank-da staj fırıldağı

 

13

Bank rəhbərliyi işə götürmək adı altında gəncləri bir neçə ay kursa yazmaqla onların hər ay 200 manatını alır

 

Azərbayanda fəaliyyət göstərən bankların əksəriyyəti ilə bağlı müxtəlif məzmunlu şikayətlər daxil olur. Fırıldaqçılıq, dələduzluq, vətəndaşları aldatma, “şapka”, kredit oyunbazlığı, insanların etibarınsan sui-istifadə edərək onların əmlakını mənimsəmə və sairə işlərə qol qoyan banklar, daha bir “yenilik” ediblər. XALQ.AZ-a daxil olan məlumata görə, “yeniliyi” bu dəfə “AccessBank” edib. Belə ki, sözügedən bankın rəhbərliyi bu dəfə staj məsələsindən qazanc əldə edir. Məlumatlarda deyilir ki, bank öncə işçi axtardığına dair elan verir. Ardından orada işləmək üçün gənclər müraciət edir və CV yazırlar. Onlarla görüşən bank işçiləri guya müsahibə alırlar deyə, ümidlə onlara üz tutan gənclərə kələklərini yeritməyə başlayırlar. Məsələn, AccessBank staj; olmayan, yəni, bankda işləməmiş şəxsləri işə götürməkdə çətinlik çəkdirlərini deyirlər. Və əsas məsələ də bundan sonra start götürür. XALQ.AZ xəbər verir ki, sözügedən bankın rəsmilərinin təklifi belə olur ki, bank özü staj kursları təşkil edir və işə düzəlmək istəyən şəxs hər ay 200 manat ödəməklə orada kurs keçə bilər. Amma bu yenə də onların gələcəkdə işlə təmin olunması anlamına gəlməməlidir. Çünki kursu bitirəndən sonra həmin şəxslərdən imtahan götürüləcək və ondan keçənlər işlə təmin olunacaq. Əks təqdirdə, işlə təmin olunmamaqla yanaşı, həm də ödənilmiş pul geri qaytarılmayacaq. Qeyd edək ki, bu, açıq-aşkar pul qazanmaq üçün düşünülmüş fırıldaqdır. Ona görə ki, işə götürülən şəxsin staj keçməsi və kursda oxumasının təmin olunması xərcləri dünyanın hər yerində bankların hesabına olur. İkincisi, AccessBank bu addımı ilə əlavə qazanc yeri müəyyən edir. Məsələn, işə düzəlmək istəyən 100 gənc banka müraciət edir. Onların hamısını kursa yönəldirlər. Bu ayda 20 min manat havadan gələn pul deməkdir. Kurslar iki aylıq olduğundan üst-üstə 40 min manat qazanılır. İlboyu isə bu 240 min manat deməkdir. Onu da bildirək ki, Accessbank-ın idarə heyətinin sədri Mişel Hoffmandır. Alman iş adamı Bakıda qurduğu bankla özünə böyük qazanclar əldə edir. Bu bank həm də Azərbaycan qanunlarını saya salmayan maliyyə qurumu olaraq da tanınır.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.