Açıq-saçıq fotolara görə Bakıdan qaçdı

Gunay

Ötən günlərdə “Dəlisiyəm gecənin” adlı mahnısına klip çəkdirən müğənni Günay İbrahimli çimərlik geyimində olan kadrlarından danışıb.

XALQ.AZ-ın məlumatına görə, açıqlama verən ifaçı üz tutub geyimlərinə görə onu qınayanların cavabını verib:

“Çox insan məni qınadı ki, “Dəlisiyəm gecənin” mahnısının çimərlik geyiminə nə aidiyyatı var. Amma klipi axıra kimi izləsələr, mənanı başa düşərlər, görəcəklər ki, orada gecə görüntüləri var. Məni ən çox çimərlik geyimimə görə qınadılar. İnsanlara demək istəyirəm ki, bu istidə dəniz kənarında nə geyinməliydim? Paltoda, plaşda çıxmalıydım? Çimərliyə gedirəm, günəşlənirəm. Çimərlik paltarı geyinirəm, orada 300-500 adam mənə baxır. Sonra da həmin insanlar məni efirdə görəndə qınayırlar. Avropada belə bir klip çəkilsəydi, deyəcəkdilər ki, superdir. İndi deyəcəklər ki, bizi Avropa ilə bir tutursan? Niyə yerimdə saymalıyam? Mən tərbiyəsiz bir şey etməmişəm. İnsanın mədəniyyəti geyimlə ölçülmür”.

G.İbrahimli valideynlərinin də onu çimərlik geyimindəki fotolarına görə qınadığını qeyd edib:

“Buna görə evdə problem yarandı. Evdən Avropaya çıxıb getdim, 15 gün üzümü görmədilər. Sonra sakitləşdilər”.

Maraqlı açıqlamalar verən Günay İbrahimli klipinin sujetini məşhur türk ifaçısı Demet Akalının “İlahi ədalət” adlı mahnısına çəkdirdiyi klipinə bənzətdiyini dedi.