Ad günündə maşınla vurub qaçdılar

Vurdu

Bakının Yaşamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Nəriman Nərimanov prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində baş verən hadisədə yolu keçmək istəyən 20 yaşlı Hüseyinov İsmayıl Sabir oğlu naməlum avtomaşının zərbəsinə tuş gəlib. Piyadanı vuran “Toyota” markalı avtomobil daha sonra yol kənarında dayanan 27 yaşlı Aleksey Kostayankoya məxsus “Mercedes”ə də çırpılıb.

Qəzanı törədən sürücü yaralı gəncə kömək etmək əvəzinə hadisə yerindən yayınmağa üstünlük verib. Lakin onu idarə etdiyi maşının modeli və dövlət nomrə nişanı həm “Mercedes”in sürücüsünün, həm də hadisə şahidlərinin gözündən yayınmayıb.

Yaralı İsmayıl Hüseynova ilk müdaxiləni hadisə şahidləri edib. Daha sonra o, təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Yol nəqliyyat hadisəsinin baş verdiyi ünvana gələn yol patrul xidməti və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları qəza iştirakçısı olan sürücüdən eləcə də şahidərdən lazimi məlumatları götürüblər.

Hadisə vaxtı xəsarət alan İsmayıl Hüseynovun ad günü imiş. Bu şad gününü tanışları ilə qeyd etdikdən sonra evə qayıdan gənc, məlum qəzada xəsarət alıb.

Faktla bağlı araşdırmalar rayon polis idarəsində aparılacaq. Qəzanın səbəbkarı olan “Toyota”nın sürücünün müəyyən edilib istintaqa cəlb ediləməsi istiqamətində iş aparılır.