Adil Əliyev: “Fəttah Heydərov daim öz işgüzarlığı ilə örnək olmuşdur

Milli Məclisin sədr müavini Adil Əliyev deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib.

XALQ.AZ-ın xəbərinə görə, başsağlığında deyilir:

“Bu gün Milli Məclisin deputatı, Milli Məclisin Hesablayıcı komissiyasının və Azərbaycan Ağsaqqallar Şurasının sədri dəyərli həmkarımız Fəttah Heydərov vəfat edib. Fəttah müəllim, müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışmış, daim öz işgüzarlığı, ağsaqqallığı və digər yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətimizə örnək olmuşdur.

Allah Fəttah müəllimə rəhmət etsin və yaxınlarına səbr versin”