Adil Niftəliyev anadan olduğu Xaçmaz rayonunda dəfn olunacaq – YENİLƏNİB

Kütləvi məzarlıqlarda qalıqları tapılan Adil Niftəliyevin qalıqları Xaçmaz rayonunda dəfn olunub.

Şəhidlə Kiçik Baraxum kəndində, evində vida mərasimi keçirilib.

Daha sonra şəhidin qalıqları Kiçik Baraxum kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Kütləvi məzarlıqlarda qalıqları tapılan Adil Niftəliyevin qalıqları dəfn olunmaq üçün anadan olduğu Xaçmaz rayonuna gətirilib.

Şəhidlə doğulduğu Kiçik Baraxum kəndində vida mərasimi keçirilir. Mərasimə şəhidin ailə üzvləri, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, idarə və müəssisə rəhbərləri qatılıb.

Niftəliyev Adil Kamal oğlu 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşüb.

Daşaltıda 31 il əvvəl itkin düşən şəxsin qalıqları Xaçmaza gətirilib - FOTO