Aeroportun dayanacağında yanğın

Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.

 XALQ.AZ axəbər verir ki,yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.

AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.